ABŞ hərbçiləri yenidən bildirib ki, Rusiyanın strateji bombardmançı “Tu-95” təyyarəsi Kaliforniya sahillərinin yaxınlığından uçuş edib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda xəbəri «Vaşinqton post» qəzeti yayıb.
Sakit Okean Hərbi Hava Donanmasının təmsilçisi Ceffa Deyvis bildirib ki, iyunun 9-da radarlar Aleut adaları yaxınlığında 4 “Tu-95” təyyarələrini təsbit edib. Onlara cavab olaraq, ABŞ havaya “F-22” qırıcılarını qaldırıb. Bundan sonra “Tu-95” –in ikisi geri, böyük ehtimalla, Rusiyanın Anadır hərbi bazasına qayıdıb.
Rusiyanın o biri iki bombardmançıları isə Şimali Kaliforniyanın sahili boyu uçuş edib. Bu dəfə ABŞ havaya iki “F-15” təyyarəsi yollayan zaman onlar Birləşmiş Ştatların sərhədlərinin 50 milliyində yerləşibmiş. Bundan sonra Rusiya təyyarələri geri dönərək, Qərb istiqamətində uçub.
ABŞ Müdafiə Nazirliyi təmsilçisinin sözlərinə görə, Rusiyanın bombardmançı təyyarələrini iki “İl-78” təyyarə –yanacaq dolduran dəstəkləyib.
Mənbə xatırladıb ki, oxşar hadisə bu ilin mayında baş verib.