Rusiya qarşı yeni sanksiyalar tədbiq ediləcək
05 sentyabr 2014 01:13 (UTC +04:00)

Rusiya qarşı yeni sanksiyalar tədbiq ediləcək

ABŞ prezidenti Barak Obama, Ukrayna və Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin başçıları Rusiya qarşı əlavə sanksiyaların vacibliyinə dair razılığa gəliblər. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlekəsizlik üzrə müşavirinin müavini Ben Rods bildirib.

 

“Prezident Obama Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Ukrayna liderləri ilə görüşüb. Prezident Obama və onun avropalı həmkarları Ukrayna ilə həmrəy olduqlarını ifadə ediblər və bu ölkədə demokratiyanı bundan sonra da dəstəkləyəcəklərini vəd ediblər. Dövlət başçıları bir daha Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün Rusiya tərəfindən pozulmasını pisləyərək Rusiya qarşı yeni sanksiyaların tətbiq edilməsinin vacibliyinə dair razılığa gəliblər”, deyə Rods bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar