Rusiya prezidenin keçmiş xanımı ikinci dəfə ailə qurub
25 yanvar 2016 18:15 (UTC +04:00)

Rusiya prezidenin keçmiş xanımı ikinci dəfə ailə qurub

 

 

Rusiya prezidenti Vladimir Putinin eks-həyat yoldaşı Lyudmilanın yenidən ailə qurması faktı təsdiqlənib.

 

Korrupsiya ilə Mübarizə Fondu “Sobesednik” jurnalında yayımlanan materialı araşdırdıqlarını bəyan edib. Qeyd edək ki, həmin materialda Putinin keçmiş arvadının soyadını dəyişməsi və daşınmaz əmlakla bağlı həyata keçirdiyi əməliyyatlar dərc edilmişdi.

 

Fond Lyudmila Putinanın soyadının Oçeretnıy soyadı ilə dəyişdirildiyini təsdiqləyib. Lyudmilanın hazırki əri Artur Oçeretnıy isə artıq uzun illərdir ki, eks-birinci ledinin himayədarlıq etdiyi Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə rəhbərlik edir. Otuz yeddi yaşı olan Artur Lyudmiladan 20 yaş kiçikdir. (Qafqazinfo)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar