Rusiya öz gözəlini seçdi
19 aprel 2015 18:06 (UTC +04:00)

Rusiya öz gözəlini seçdi

 

 

“Rusiya gözəli-2015” müsabiqəsində Yekaterinburq sakini Sofiya Nikitçuk qalib olub.



Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, ölkənin hər yerindən 50 ən gözəl qızın iştirak etdiyi müsabiqənin finalı bu gün Moskvada başa çatıb. Qalibin seçimi bir neçə mərhələdə aparılıb. Qalib finala çıxan 10 nəfər arasından seçilib.

Sofiya Nikitçukun 21 yaşı var. O, Ural Federal Universitetin humanitar elmlər və incəsənət fakültəsində təhsil alır. Rusiya gözəli həmçinin fortepiano sinfi üzrə musiqi məktəbini bitirib.

Qalibə brilyant və mirvari ilə bəzədilmiş ağ qızıldan tac verilib. S.Nikitçuk həmçinin 3 milyon rubl və avtomobilin sahibi olub. O, “Dünya gözəli” və “Kainat gözəli” müsabiqələrində Rusiyanı təmsil edəcək.

Müsabiqədə ikinci yeri Vladislava Yevtuşenko, üçüncü yeri isə Anastasiya Naydyonova tutub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar