Rusiya ordusu Ukrayna hərbi hissəsini ələ keçirdi
22 mart 2014 22:53 (UTC +04:00)

Rusiya ordusu Ukrayna hərbi hissəsini ələ keçirdi

0
Rusiya ordusu Ukraynanın Belbek şəhərində hərbi hissəyə hücuma keçərək onu ələ keçirib.

 

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib.   

 

Qeyd edək ki, Rusiya ordusu bundan əvvəl ukraynalı hərbçilərə ultimatum irəli sürərək bir saat ərzində təslim olmalarını tələb ediblər.

 

“Hücum saat 17.00-da (Bakı vaxtı ilə 19.00-da) başlayıb. Hücum zamanı Krım özünümüdafiə dəstəsinin nümayəndələri hərbi hissənin ərazisinə daxil olublar. Hərbi hissənin darvazaları “BTR”lə uçurulub. Mənbələr hücum zamanı atəş açıldığını bildirirlər, bundan başqa, əməliyyata azı 6 ədəd “BTR 80” cəlb olunub. Xəsarət alanlar barədə məlumatlar yoxlanılır”, deyə məlumatda bildirilir.     

 

Hücuma məruz qalan Ukrayna hərbçiləri hərbi hissənin ərazisini tərk etməyə məcbur olublar.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2126

Oxşar yazılar