Rusiya neftin qiymətini stabilləşdirməyə çalışır
13 fevral 2015 03:28 (UTC +04:00)

Rusiya neftin qiymətini stabilləşdirməyə çalışır

0

Rusiya energetika naziri Aleksandr Novak Venesuela və Ekvadorun XİN rəhbərləri və neft nazirləri ilə dünya bazarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyətin stabilləşdirilməsi imkanını müzakirə edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi  xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir.

 

“Görüş zamanı söhbət energetikanın müxtəlif sahələrində əməkdaşlıq barədə gedib. Həmçinin dünya bazarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyət və onun stabilləşdirilməsinin mümkün vasitələri müzakirə olunub”, deyə Moskvada keçirilmiş görüşün nəticələrinə dair açıqlamada bildirilib.   

 

Tərəflər əməkdaşlığın müsbət xarakterini qeyd edib və işgüzar əlaqələrin möhkəmləndirilməsinə ümidvar olduqlarını ifadə ediblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar