Moskvada Müdafiə Nazirliyinin binası yaxınlığında Rusiya ordusunun Krıma yeridilməsinə qarşı etiraz aksiyası keçirilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Moskva polisi 39 nəfər aksiyaçını həbs edib.
Mənbə bildirib ki, oxşar etiraz aksiyası ötən istirahət günü Moskva və Sankt-Peterburqda da keçirilib. Onda polis kütləvi həbslər keçirib.
Xatırladaq ki, həmin gün Moskvada 360 aksiyaçı tutulmuşdu.
«ovdinfo.org» portalının məlumatına əsasən, polislər etirazçılar, o cümlədən qadın və yaşlıları həbs edərkən onlara qarşı çox amansız davranıb. Bu, davranış Moskvanın «Manej» meydanında daha sərt olub.