Rusiya MN Türkiyə hava məkanının pozulmasına aydınlıq gətirdi
05 oktyabr 2015 23:13 (UTC +04:00)

Rusiya MN Türkiyə hava məkanının pozulmasına aydınlıq gətirdi

0

Rusiya Müdafiə Nazirliyi Türkiyə hava məkanının pozulması ilə bağlı insidenti şərh edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə qeyri-sabit hava şəraiti səbəb olub.

 

“Belə halların qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb”, məlumatda deyilir.

 

Qeyd edək ki, NATO və ABŞ-ın dövlət katibi Con Kerri Suriya-Türkiyə sərhədində baş vermiş insidentlə bağlı narahatlıqlarını ifadə edərək Rusiyadan izahat tələb ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar