Rusiyada naməlum şəxslər İvanova şəhər məscidinin divarlarına növbəti dəfə nasizm işarələri çəkiblər. Lent.az-ın məlumatına görə, hadisə noyabrın 2-i, gecə saatlarında baş verib.
Faktı Rusiyanın Avropa hissəsinin Müsəlmanlarının Ruhani İdarəsi təsdiq edib.
Qeyd edək ki, bu ilk belə hadisə deyil. Oxşar hadisə ötən il Teykova ibadət evi və məscidində də olub.