Rusiya mason təşkilatının rəhbərinin adı Azərbaycanın "qara siyahısı"ndan çıxarıldı
19 yanvar 2016 13:27 (UTC +04:00)

Rusiya mason təşkilatının rəhbərinin adı Azərbaycanın "qara siyahısı"ndan çıxarıldı

Rusiyanın Sosial Ədalət Kommunist Partiyasının lideri, Rusiya mason təşkilatının rəhbəri Andrey Boqdanov Azərbaycanın "qara siyahısı"ndan çıxarılıb.

 

APA TV-nin Vesti.az-a istinadən məlumatına görə, bununla əlaqədar o, Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.

Andrey Boqdanov Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün rəsmi Bakıdan üzr istəyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.

"Andrey Boqdanov Azərbaycanın ərazi bütövlüyünə və onun beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinə hörmətlə yanaşdığını vurğulayıb", - deyə Hikmət Hacıyev əlavə edib.
 

Rusiya Mason təşkilatının rəhbəri və partiya lideri olan Boqdanovun müraciətinə baxılıb və onun adı "qara siyahı"dan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar