Rusiya Krımda hər məmura 6,5 min rubl xərcləyəcək
08 aprel 2014 07:43 (UTC +04:00)

Rusiya Krımda hər məmura 6,5 min rubl xərcləyəcək

Krım yarımadasını özünə birləşdirən Rusiyaya 14 min məmur da qalıb.

Lent.az-ın “RBK”-ya istinadən məlumatına görə, Moskva onlara Rusiya qanunlarını tədris etməlidir. Əks halda məmurlar öz vəzifələrini icra etməkdə çətinlik çəkəcək.

Kadrların yenidən hazırlanması məqsədi ilə federal büdcədən 91 milyon rubl ayrılıb.  Məmurların hazırlanması ilə Rusiya Əmək Nazirliyi, Xalq Təsərrüfatı Akademiyası və dövlət xidməti məşğul olacaq.

Krımdan olan məmurlara əsasən, dövlət və bələdiyyənin idarə edilməsi, antikorrupsiya və büdcə qanunvericiliyi, kadr texnologiyası, bələdiyyə xidməti və dövlət sifariş sistemi öyrədiləcək.

Mənbə bildirib ki, hər məmurun təliminə 6 min 500 rubl xərclənəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar