Rusiya Federal Miqrasiya Xidməti (FMX) bildirib ki, Krım yarımadasının 500 mindən çox sakini RF pasportu almaq üçün uyğun quruma müraciət edib.
Lent.az-ın “İnterfaks”a istinadən məlumatına görə, Rusiya FMX-nin açıqlamasına əsasən, bu məqsədlə artıq 350 min pasport hazırlanıb.
Xatırladaq ki, bir müddət öncə FMX Krımda tezliklə iki milyon nəfər Rusiya pasportunun veriləcəyini bildirmişdi.