Rusiya Krıma 165 hərbi avtomobil göndərib
11 mart 2014 02:00 (UTC +04:00)

Rusiya Krıma 165 hərbi avtomobil göndərib

0

Martın 10-da gecə saatlarında Krıma doğru Rusiya hərbçilərinin hərəkəti müşahidə olunub.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, 80 hərbi texnika yarımadanın şimalına, 85-i isə Simferopol istiqamətində hərəkət edib.

 

Ukrayna Müdafiə Nazirliyi mətbuat mərkəzindən bildirilib ki, bu hərbi texnika karvanında 5 «Tiqr», 5 ZTR də var.

 

Kirov qəsəbə aerodromunun üzəri ilə iki vertolyotun dövrə vurduğu  da görünüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 900

Oxşar yazılar