Rusiya tərəfindən işğal edilən Krımda qurulan hakimiyyət Krım Tatar Məclisinin sədri Refat Çuburovu yarımadaya, evinə buraxmayıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, Xerson vilayətinin Genicə rayonunda keçirilən iclasdan dönərkən bölgəyə ərazisinə getməsinə icazə verməyiblər. Moskva tərəfindən təyin olunan “prokuror” Natalya Poklonskaya Çuburovun yarımada ərazisinə daxil olmasının yasaqlanmasına dair qərar qəbul edib. R.Çubarov onlardan tələb edib ki, həmin qərar Krım-tatarlarının dilində də oxunsun. Legitim olmayan “prokuror” bundan imtina edib.
Qeyd edək ki, Rusiya işğal edəndən sonra yaranan “Krım Respublikası”nın yeni Ana Yasası qəbul edilib. Həmin “Əsas Qanun”da tatar dilinə də rəsmi status verilib.
Refat Çubrov “Çonqar” adlanan buraxılış – məntəqəsində saxlanılıb. Onun saxlanıldığı yerə Rusiyanın Xüsusi Təyinatlı Dəstəsi və hərbçilər də cəlb edilib.
Beləliklə, Rusiya Refat Çubarova da Krımı, öz evinə 5 getməyi yasaqlayıb.
Xatırladaq ki, Krım türklərinin Milli lideri Mustafa Cemilev barəsində də oxşar sanksiya tətbiq edilib.