Rusiya İŞİD-in paytaxtını bombardman etdi
09 dekabr 2015 02:38 (UTC +04:00)

Rusiya İŞİD-in paytaxtını bombardman etdi

Rusiya Aralıq dənizindəki “Rostov-Don” sualtı qayığından İŞİD-in paytaxt elan etdiyi Suriyanın Rakka şəhərindəki mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bildirib.   

 

“Aralıq dənizi akvatoriyasında olan “Rostov-Don” sualtı qayığından ilk dəfə olaraq  “Kalibr” raketlərinin buraxılışını həyata keçirdik”, deyə Şoyqu bildirib.

 

Onun sözlərinə görə, sualtı qayıqdan endirilən zərbələr nəticəsində İŞİD-in Rakkadakı iki iri məntəqəsi məhv edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar