Rusiya İŞİD-in 8 dayaq məntəqəsini məhv etdi
09 oktyabr 2015 00:18 (UTC +04:00)

Rusiya İŞİD-in 8 dayaq məntəqəsini məhv etdi

0

Rusiyanın döyüş aviasiyası Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının 8 dayaq məntəqəsinə zərbələr endirib. Nəticədə terrorçuların müdafiə istehkamları tamamilə dağıdılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.  

 

“Su-25 və Su-34 bombardmançı təyyarələri Homs əyalətində terrorçuların 8 dayaq məntəqəsinə zərbələr endirib. Atəş zərbələri nəticəsində silahlıların istehkamları tamamilə dağıdılıb”, deyə general bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar