Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatına qoşulmaq üçünSuriyaya gedən azərbaycanlı haqqında məlumat yayıb.
APA-nın prokazan.ru saytına istinadən verdiyi məlumata görə, Rusiya FTX-nin Tatarıstan Respublikası üzrə İdarəsi terrorçu təşkilata qoşulmaq üçün Suriyaya gedən üç Rusiya vətəndaşının adını açıqlayıb.
Onların arasında azərbaycanlı, 1990-cı il təvəllüdlü Quliyev Malik Seyfulla oğlu da var.
FTX-dən onların artıq Suriyada olduğu və barələrində Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.