Rusiya ilə Gürcüstan arasında davamlı avia nəqliyyatın bərpası ilə bağlı məsləhətləşmələr yaxınlarda keçiriləcək.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Georgi Karasinlə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə özəl təmsilçisi Zurba Abaşidze arasında danışıq olub.
“Danışıq zamanı davamlı avia nəqliyyatının bərpası məsələsi müzakirə edilib. Uyğun sahə ilə bağlı ikitərəfli məsləhətləşmələr keçirilməsinə dair razılıq əldə olunub”-deyə, Rusiya XİN bildirib.
Mənbə xatırladıb ki, Rusiya ilə Gürcüstan arasında avia nəqliyyatı vasitəsi ilə daşımalar 2006-cı ildən dayanıb. Hazırda Rusiyadan Gürcüstana və geri yalnız çarter reyslər uçur.