Rusiya ilə Çin viza rejimini sadələşdirir
13 mart 2014 23:47 (UTC +04:00)

Rusiya ilə Çin viza rejimini sadələşdirir

0

Rusiya prezidenti Vladimir Putin vətəndaşların səfərlərinin sadələşdirilməsi Rusiya-Çin anlaşmasının təsdiqlənməsi haqda qanunu imzalayıb.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda Kremlin mətbuat xidməti xəbər yayıb.

 

Hökumətlərarası müqavilə 2013-cü il martın 22-də bağlanıb. Həmin anlaşmaya əsasən, diplomatik, xidməti pasportu olan hər iki ölkənin vətəndaşı vizasız giriş-çıxışla təmin olunacaq. Bundan başqa çeşidli təbəqədən olan hər iki dövlətin vətəndaşlara vizası sadələşdiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar