Rusiyaya məxsus hərbi təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 25 dinc sakin ölüb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident Hələb şəhəri yaxınlığında qeydə alınıb.
Hücum zamanı aralarında qadın və uşaqların olduğu 25 nəfərin öldüyü, onlarla dinc sakinin yaralandığı, humanitar yük daşıyan 10 avtomobilin yandığı bildirilir.
Qeyd olunur ki, yaralananların bir hissəsi yerli tibb məntəqələrinə, vəziyyəti ağır olanlar isə Türkiyədəki xəstəxanalara göndərilib.