Rusiya hərbi təyyarələri Hələbi bombardman etdi: 15 ölü
04 noyabr 2015 06:06 (UTC +04:00)

Rusiya hərbi təyyarələri Hələbi bombardman etdi: 15 ölü

Rusiyaya məxsus hərbi təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 15 dinc sakin ölüb, onlarla insan yaralanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Hələb şəhərində qeydə alınıb.

 

Məlumata əsasən, hədəfdə müxalifət qüvvələrinin nəzarəti altında olan Bustan əl-Kasr və Ənsari məhəllələri olub.

 

Yaralıların səhra hospitallarına, dinc sakinlərin isə təhlükəsiz ərazilərə köçürüldüyü bildirilir. Hava zərbəsi nəticəsində əraziyə ciddi ziyan dəyib, bir çox inzibati binalar və fərdi evlər dağılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198

Oxşar yazılar