Sevastopolda rus hərbçiləri «A-2355» saylı hərbi hissəyə hücum edib. Lent.az-ın «interfaks-Ukraina»-ya istinadən məlumatına görə, bunu agentliyə hissə növbətçisinin köməkçisi bildirib.
Onun sözlərinə görə, rus hərbçiləri «KAMAZ»-la hərbi hissənin darvazasını sındıraraq yaxınlıqdakı binanı ələ keçiriblər.
Hərbi hissənin ərazisində 100-ə yaxın ukraynalı hərbçinin olduğu bildirilib. Basqınçıların sayı məlum deyil.
«A-2355» saylı hərbi hissəsi isə Sevastopolun Yuxarışüa rayonunda yerləşir inoy
Xatırladaq ki, martın 5-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Krımda rus hərbçilərinin olmadığını bəyan etmişdi.