Rusiya hava məkanını Qərb aviaşirkətləri üçün bağlaya bilər
08 sentyabr 2014 12:17 (UTC +04:00)

Rusiya hava məkanını Qərb aviaşirkətləri üçün bağlaya bilər

Rusiya hökuməti Qərbin yeni sanksiyalarına cavab olaraq öz hava məkanını həmin ölkələr üçün bağlaya biləcəyini istisna etmir. APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev  “Vedmosti”yə müsahibəsində deyib.

 

“Əlbəttə ki, yeni sanksiyaların nədən ibarət olacağı maraqlıdır və əgər bu sanksiyalar enerji məsələləri və bizim maliyyə sektorumuza qarşı yönəlsə, biz buna asimmetrik cavab verəcəyik. Məsələn, nəqliyyat sahəsində məhdudiyyətlər buna nümunə ola bilər”, - deyə o, qeyd edib.

 

D. Medvedev bildirib ki, Moskva öz tərəfdaşları ilə dostluq münasibətindədir və Rusiya üzərindən uçuşlar açıqdır: “Ancaq bizə qarşı məhdudiyyətlər olacağı halda biz buna cavab verəcəyik. Əgər Qərb bizim hava məkanından istifadə etməsə, bu, bir sıra aviaşirkətlərin iflasına gətirib çıxara bilər”.

 

Tarixin belə situasiyalara dəfələrlə şahid olduğunu vurğulayan baş nazir tətbiq olunan tədbirlərin müsbət nəticə vermədiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714
avatar

Oxşar yazılar