Rusiya Gürcüstanın hava sərhədini pozub
11 aprel 2014 02:18 (UTC +04:00)

Rusiya Gürcüstanın hava sərhədini pozub

Aprelin 10-da Rusiyanın çoxməqsədli “An-2” təyyarəsi iki dəfə Gürcüstanın hava sərhədini pozub.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat verib: “Ölkəmizin suverenliyi və ərazi bütövlüyünün, 2008-ci il avqustun 12-də Rusiya Federasiyası ilə əldə edilmiş razılığın  pozulmasından narahatıq. Beynəlxalq ictimaiyyəti, diplomatik nümayəndəlikləri, Avropa Birliyinin Gürcüstandakı müşahidə missiyasını baş verən olaya uyğun münasibət bildirməyə çağırırıq”.

 

Rəsmi Tiflis bildirib ki, oxşar olay bir ay öncə də baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar