Rusiya Ermənistandakı bazasına qırıcı təyyarələr göndərdi
20 fevral 2016 16:17 (UTC +04:00)

Rusiya Ermənistandakı bazasına qırıcı təyyarələr göndərdi

0
 
Rusiya Ermənistandakı aviabazasına (Erebuni) dördüncü nəsil MiQ-29, modernləşdirilmiş MiQ-29S və modernləşdirilmiş MiQ-8MT nəqliyyat helikopterləri göndərib.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

 

 

Hərbi texnika Krasnodar diyarından hərbi-nəqliyyat təyyarələri ilə İrəvan hərbi aerodromuna çatdırılıb. Yaxın günlərdə qırıcı təyyarələr və helikopterlər mühəndis-texniki heyətlə təmin ediləcək və istismara veriləcək. Pilotlar martın ortalarında qırıcı təyyarələrdə uçuşlara başlayacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar