Rusiya Ermənistandakı aviabazadan Türkiyəyə hücum edə bilər
22 fevral 2016 23:39 (UTC +04:00)

Rusiya Ermənistandakı aviabazadan Türkiyəyə hücum edə bilər

0

Rusiya Federasiyası Ermənistandakı “Erebuni” aviabazasında yerləşdirdiyi döyüş aviasiyasından Türkiyə ilə münaqişə olacağı təqdirdə istifadə edə bilər.

 

Bu barədə Oxu.Az “Military Informant”a istinadən xəbər verir.

 

Nəşrin Ermənistandakı mənbələri ölkənin Rusiya ilə Türkiyə arasında baş verə biləcək mümkün münaqişəyə cəlb edilməsindən çəkindiklərini və bunun regionda gözlənilməz nəticələrə gətirib çıxaracağını bildiriblər.

 

İrəvandakı aviabaza 1995-ci ildə yaradılıb.

 

Aviabazaya 1998-ci ilin noyabrında “MiQ-29” qırıcıları göndərilib.

 

Müxtəlif məlumatlara əsasən, hərbi aerodromda ondan çox Rusiya “MİQ-29”u var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar