Rusiya erməni ailəsini öldürən Permyakovla bağlı materialları Ermənistana verdi
18 iyul 2015 21:58 (UTC +04:00)

Rusiya erməni ailəsini öldürən Permyakovla bağlı materialları Ermənistana verdi

Rusiya İstintaq Komitəsi Gümrüdə rusiyalı hərbçinin 7 nəfərlik Avetisyan ailəsini qətlə yetirməsi ilə bağlı iş üzrə istintaq materiallarını  Ermənistan İstintaq Komitəsinin nümayəndələrinə verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

 

Materiallar erməni tərəfinə verilməzdən əvvəl İrəvan və Gümrüdə birgə müzakirələr aparılıb.   

 

Xatırladaq ki, bu il yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin 7 üzvü öldürülüb. Hadisəni törətməkdə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi Valeriy Permyakov təqsirli bilinir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar