“Cenevrə görüşünün yekunlarına ABŞ-ın münasibəti Rusiyanı məyus edib”.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
“Aprelin 17-də ABŞ, Avropa Birliyi, Ukrayna və Rusiya təmsilçilərinin görüşü ilə bağlı Vaşinqtonun dəyərləndirməsi məyusluq yaradır”-deyə, bəyanatda qeyd olunub.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Cenevrədə Ukrayna böhranı ilə bağlı keçirilən dördtərəfli görüşü dəyərləndirərkən, bildirmişdi ki, böhranın diplomatik yolla həllinə inanmır və Ağ Evin Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.