Rusiya bütün AES-lərdə gücləndirilmiş təhlükəsizlik rejimi elan etdi
18 noyabr 2015 04:15 (UTC +04:00)

Rusiya bütün AES-lərdə gücləndirilmiş təhlükəsizlik rejimi elan etdi

Rusiyada fəaliyyət göstərən bütün Atom Elektrik Stansiyalarında gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rosenerqoatom” konserninin mətbuat xidməti məlumat yayıb.

 

“Antiterror təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzrə tədbirlər çərçivəsində Rusiyanın bütün Atom Elektrik Stansiyalarında (“Rosenerqoatom konserni” ASC-nin filialları)   gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilib. Bununla bağlı AES-lərin təhlükəsizlik xidmətləri və obyektlərin mühafizəsinə cəlb olunmuş təşkilatlar gücləndirilmiş xidmət rejiminə keçib”, deyə məlumatda bildirilir.    

 

Konsern qeyd edib ki, gücləndirilmiş rejimin tətbiqi zamanı AES-lərin mühafizəsinə güc strukturlarının və asayişi təmin edən xidmətlərin əlavə qüvvələri cəlb olunur.  

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl güc strukturlarına daxili təhlükəsizliyin gücləndirilməsinə dair göstərişlər verib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar