Moskva və Minsk arasında Belarus ərazisində Rusiya aviabazasının yaradılması haqqında saziş təsdiqlənməsi üçün Rusiya hökuməti tərəfindən prezident Vladimir Putinə təqdim olunub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin saytında dərc edilmiş xəbərdə deyir.
“Sazişin imzalanması İttifaq dövlətinin sərhədlərinin hava məkanında birgə mühafizəsinin təşkilinə, Rusiya Federasiyası və Belarus Respublikasının Vahid regional havadan müdafiə sisteminin yaradılmasına imkan yaradacaq”, deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, sazişdə əksini tapmış müddəalar Rusiyanın regionda hərbi iştirakını uzun müddətə təmin edərək, bölgənin təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək.