APA-nın xəbərinə görə, bu barədə “censor.net” saytı məlumat yayıb.
İki ədəd “Su-25” təyyarəsi Debaltsevo ətrafındakı Novoqriqoryevka yaşayış məntəqəsində mövqe tutan Ukrayna Silahlı Qüvvələrinin 40-cı batalyonunun mövqelərinə zərbə endirib. Bir qədər sonra Rusiya hərbi təyyarələri ikinci dəfə eyni mövqeləri bombardman edib. Məlumatı 40-cı batalyonun Lomakin soyadlı baş leytenantı da təsdiqləyib və Rusiyaya məxsus 4 qırıcı təyyarənin onların mövqelərinə hücum etdiyini bildirib: “Bizə hava hücumlarından müdafiə vasitələri lazımdır. Bu, artıq gün ərzində ikinci hücumdur”.