Rusiya ATƏT Daimi Şurasında iştirakdan imtina etdi
09 aprel 2014 14:09 (UTC +04:00)

Rusiya ATƏT Daimi Şurasında iştirakdan imtina etdi

 

 

Rusiya ATƏT-in Forumunda və Daimi Şurasının iclasında iştirakdan imtina edib.


 

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

 

Rəsmi Moskva hesab edir ki, Ukrayna ilə sərhəddəki vəziyyətə görə ATƏT Forumunun və Daimi Şurasının iclasının keçirilməsi məqsədəuyğun deyil.

 

"Bu şərtlər altında Rusiya tərəfi ABŞ və Ukrayna nümayəndə heyətlərinə güzəştə getməyin mənasını görmür və ATƏT-in Forumunda və Daimi Şurasının birgə iclasında iştirakdan imtina edir. 

 

Qərb ölkələri Ukraynadakı vəziyyəti yaxşılaşdırmaq üçün ATƏT-dən istifadə etmir. Əksinə, daha da gərginliyi artırırlar. ABŞ və digər ölkələri ATƏT tribunasından Ukraynadakı vəziyyəti gərginləşdirmək üçün istifadə etməyi dayandırmağa çağırırıq", - deyə Rusiya XİN-in bəyanatında bildirilir.

 

Qeyd edək ki, ATƏT-in Forumu və Daimi Şurasının iclası aprelin 7-də ABŞ və Ukraynanın tələbi ilə çağırılıb. Vaşinqton və Kiyev Rusiya qoşunlarının Ukrayna ilə sərhəd rayonlarındakı fəallığından narahat olduqlarını bildiriblər.

 

Rəsmi Moskva isə ABŞ və Ukraynanın narahatçılığına əsas olmadığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar