Rusiya AŞPA-nın qış sessiyasında iştirak etməyəcək
18 yanvar 2016 10:11 (UTC +04:00)

Rusiya AŞPA-nın qış sessiyasında iştirak etməyəcək

Rusiya nümayəndə heyətiAŞPA-nın qış sessiyasında iştirak etməyəcək. APA-nın xəbərinə görə, bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı mənbədən bildirilib.

 

Məlumata görə, artıq bununla bağlı yekun qərar qəbul edilib.

 

Xatırladaq ki, AŞPA-nın qış sessiyasında iştirak etməklə bağlı müzakirələr yanvarın 15-də keçirilib.

 

Müzakirələrdə müvafiq olaraq parlamentin yuxarı və aşağı palatalarının sədrləri Valentina Matviyenoko və Sergey Narışkin də iştirak ediblər.

 

Xarici İşlər Nazirliyi bir neçə variantın nəzərdən keçirildiyi məruzə hazırlamışdı. Lakin Rusiyanın AŞPA-da tapdalanmış hüquqlarının bərpa ediləcəyi ilə bağlı təminat yoxdur. Biz Strasburqa növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik", - deyə Dövlət dumasındakı mənbə qeyd edib.

 

Bununla yanaşı, qeyd edilib ki, AŞPA yanvarın 25-də Rusiyaya öz səlahiyyətlərini qaytarsa, vəziyyət dəyişəcək.

 

Rusiyanın AŞPA-nın qış sessiyasına gedəcəyi ilə bağlı rəsmi qərarın bu gün Serqey Narışkin tərəfindən açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, AŞPA-nın qış sessiyası yanvarın 25-dən 29-dək Strasburqa keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar