Rusiya alimləri Ebolaya qarşı vaksin hazırlayıb
26 avqust 2014 20:56 (UTC +04:00)

Rusiya alimləri Ebolaya qarşı vaksin hazırlayıb

Rusiyanın tibb işçiləri Ebola qızdırmasına qarşı eksperimental vaksin işləyib yaradıblar.  Bu vaksinin sınaqları artıq ilk müsbət nəticələrini verib.
 
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə,  Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova bu sözləri “RİA Novosti” Agentliyinə müsahibəsində deyib. 
 
Qeyd edilib ki, Səhiyyə Nazirliyinin D.İ.İvanovski adına Virusologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarından və İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmətin (“Rospotrebnadzor”) bir əməkdaşından ibarət qabaqcıl qrup Qvineyadan qayıdıb. 
 
V.Skvortsova sonda deyib: “Biz xəstəliyin törədicisini və onun xarakteristikasını öyrənmişik. Klinikadan əvvəlki sınaqlarda yaxşı nəticələr vermiş eksperimental vaksin əldə etmişik. Yeni vaksinin sınaqları davam etdirilir. Ümidvarıq ki, bu sınaqlar uğurlu olacaq”.
 
Qeyd edək ki, Virusologiya Elmi-Tədqiqat İnstitutu ekologiyanın, insan və heyvan viruslarının epidemiologiyasının və molekulyar biologiyasının öyrənilməsi sahəsində dünyada tanınmış elmi-tədqiqat müəssisələrindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar