Rusiya ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırdı
31 iyul 2015 21:06 (UTC +04:00)

Rusiya ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırdı

Rusiya XİN-i ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara münasibətini bildirib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə,  XİN-dən bildiriblər ki, rəsmi Vaşinqtonun hərəkətləri sübut edir ki, ABŞ rəhbərliyi qarşıdurma yolunu seçib.

 

“Belə təxribat yönümlü hərəkətlər Rusiya-ABŞ münasibətlərinə ciddi xələl gətirir və dünyada  digər problemlərin həllində qarşılıqlı əlaqələri əngəlləyir. Rusiya bu kimi hərəkətləri cavabsız qoymayacaq”, - XİN-in şərhində deyilir. 

 

Qeyd edək ki, ABŞ-ın Maliyyə nazirliyi Rusiyanın 11 fiziki və 15 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. ABŞ hökuməti  “qara siyahı”-ya düşənləri Krıma qarşı tətbiq edilən sanksiyalara məhəl qoymamaqda günahlandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar