Rusiya ABŞ-ın Yaponiyaya atom bombası atması ilə bağlı tribunal yaradılmasını tələb edir
05 avqust 2015 18:49 (UTC +04:00)

Rusiya ABŞ-ın Yaponiyaya atom bombası atması ilə bağlı tribunal yaradılmasını tələb edir

Rusiya 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombası atılması ilə bağlı tribunal yaradılmasını vacib hesab edir.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı bildirib.

 

Yapon şəhərlərinin atom hücumuna məruz qalmasının 70 illiyinə həsr olunmuş dəyirmi masada çıxış edən S. Narışkin insanlıq əleyhinə cinayətlərin tarixinin olmadığını qeyd edib.

 

Tribunal yaradılması tələbi ilə həm də Dövlət Dumasının vitse-spikeri Andrey İsayev çıxış edib.

 

Xatırladaq ki, S. Narışkin ötən il Xirosima və Naqasakinin bombalanmasının beynəlxalq hüquq nöqteyi-nəzərindən araşdırılması ilə bağlı təklif irəli sürmüşdü.

 

Yaponiya ABŞ-ın Xirosima və Naqasakini bombalamasının bu il 70 illiyini qeyd edir. Bu həftə faciə qurbanlarının xatirəsini yad etmək üçün Yaponiyada tədbirlər keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar