Rusiya  AŞPA-nı  boykot etdi
29 yanvar 2015 00:51 (UTC +04:00)

Rusiya AŞPA-nı boykot etdi

0

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: “Rusiya nümayəndə heyəti 2015-ci il boyu AŞ PA-nı boykot edir”

 

“Rusiya nümayəndə heyəti 2015-ci il boyu AŞ PA-nı boykot edir”.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puşkov deyib.

 

O bildirib ki, rusiyalı parlamentarlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında heç bir fərq yoxdu: “Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik”.

 

V. Puşkov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞPA-nın çağırışının da heç bir əsası olmadığını deyib: “Çünki AŞ PA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət kəsb etmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar