Rusiyanın “NTV” telekanalı bildirib ki, TV-nin prodüseri Stepan Çiriç Ukraynanın Dnepropetrovsk vilayətində itkin düşüb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, aprelin 22-dən onunla əlaqə kəsilib. TV-nin redaksiyası bunun “Rusiya KİV-ə qarşı planlaşdırılmış aksiya olmadığına” və “anlaşılmazlıq yarandığına” ümid edir.
Mənbə bildirib ki, Çiriç Belorus vətəndaşıdır və onun tapşırığı Ukraynadakı siyasi vəziyyətlə əlaqədar olmayıb.