Rusiya iqtisadi inkişaf nazirinin müavini Andrey Klepaç tutduğu vəzifədən azad edilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda hökumətin saytına xəbər yayılıb.
“Klepaç Andrey Nikolayeviç öz istəyi ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edilsin” - deyə, sənəddə bildirilib.
O, 1990-cı illərdə Rusiya iqtisadiyyatının inkişafının proqnozlaşdırılmasında iştirak edib.
İqtisadi inkişaf naziri Aleksey Ulyukayevin daha 8 müavini öz vəzifəsini icra etməkdədir.
Xatırladaq ki, bir neçə gün öncə A.Klepaç 2014-cü ilin sonunadək Rusiyadan yüz milyard dollaradək sərmayənin çıxacağını bildirmişdi.
Nazir müavini vurğulamışdı ki, 2014-cü ilin birinci yarısında ölkədən çıxarılan kapital ötən ilin uyğun dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Klepaç Rusiya iqtisadiyyatını “durğun” kimi xarakterizə etmişdi.
Rusiyanın Mərkəzi Bankı bildirib ki, ötən il kapital axını 59,7 milyard dollar olub.