Rusiya “Boeing”lə bağlı qətnaməyə veto qoydu
30 iyul 2015 02:22 (UTC +04:00)

Rusiya “Boeing”lə bağlı qətnaməyə veto qoydu

Rusiya BMT Təhlükəsizlik Şurasında  Ukraynada   Malayziyaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq tribunalın yaradılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, 11 TŞ üzvü qətnamə layihəsinin lehinə səs verib, 3-ü bitərəf qalıb.

 

Rusiya özünün veto qoymaq hüququndan istifadə edərək qətnamənin qəbuluna imkan verməyib.

 

Xatırladaq ki, 2014-cü il, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsinin Donetsk vilayətində qəzaya uğraması nəticəsində  298 nəfər həlak olub.

 

Xatırladaq ki, malayziyalı diplomatlar BMT-nin Təhlükəsizlik Şurasında beynəlxalq tribunalın yaradılması və  qəzada əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinə dair qətnamə irəli sürmüşdülər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar