Rusiya - Ukrayna sərhədindəki buraxılış məntəqəsinə basqın edilib
09 may 2014 01:39 (UTC +04:00)

Rusiya - Ukrayna sərhədindəki buraxılış məntəqəsinə basqın edilib

Ukraynanın Luqansk vilayətində, “İzavrino” sərhəd-buraxılış məntəqəsindəki sərhəd xidməti mayın 8-də axşam saatlarında silahlı basqına məruz qaldıqlarını bildirib.

 

Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, Ukraynanın Sərhədi Xidməti olayla bağlı bildirişi yayıb.

 

Orada bildirilib: “Luqansk vilayətindəki “İzavrino”  buraxılış məntəqəsinə sənədlərini yoxlatdırmaq üçün Ukraynadan iki mikroavtobus gəlib. Çıxış talonlarının sənədləşdirilməsi zamanı gözlənilmədən həmin avtomobillərdən 40-a yaxın silahlı kişi düşərək, bir cərgədə düzülüb”.

 

Mənbənin məlumatına əsasən, onlar  tələbə edib ki, 30 saniyə ərzində hərbçilər silahı təhvil versinlər, əks halda atəş açacaqlar: “Sərhədçilər atəş mövqeyini tutaraq, onların tələbinə tabe olmaqdan imtina edib. 30 saniyədən sonra naməlum şəxslər onlara sarı “Molotov kokteyl” atmağa başlayıb. Buraxılış məntəqəsində yanğın baş verib. Onlar yanğını görüb, Ukrayna ərazisinə qayıdaraq, gizlənib”.

 

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov isə bildirib ki, Rusiya-Ukrayna sərhədində təxribat baş verib: “Tanınma nişanı olmayan, yaxalarına Georgiyev lenti taxan qara paltarlı bir qrup gömrük məntəqəsini yandıraraq, qaçıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865
avatar

Oxşar yazılar