Rusiya-Türkiyə sammiti ləğv olundu
26 noyabr 2015 04:36 (UTC +04:00)

Rusiya-Türkiyə sammiti ləğv olundu

0

Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması barədə qərar qəbul edilib.

 

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti Kremlə yaxın mənbələrə istinadən yazıb.

 

“Rusiya hökuməti sammitin ləğvi barədə qərara gəlib”, məlumatda bildirilir.

 

Qeyd edək ki, noyabrın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi gündəmdə olmasa da, tədbirin keçirilməsi bir sıra amillərdən asılı olacaq. Türkiyə prezident administrasiyasının nümayəndəsi isə, öz növbəsində,  R.T.Ərdoğanın sammitdə iştirakı perspektivlərinin qeyri-müəyyənliyini vurğulamışdı.

 

Qeyd edək ki, dekabrın 15-də Peterburqda yüksək səviyyədə  Rusiya-Türkiyə dövlətlərarası komissiyanın iclasının keçiriləcəyi planlaşdırılırdı. Bu barədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Antalyada  G20 sammitində razılığa gəlmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar