Rus qırıcıları Türkiyəyə girdi: <span style="color:red;">F-16-lar havalandı
05 oktyabr 2015 11:53 (UTC +04:00)

Rus qırıcıları Türkiyəyə girdi: F-16-lar havalandı

0

 

Türkiyənin Xarici İşlər Nazirliyi Suriyada İŞİD mövqelərinə zərbələr endirən rus qırıcılarının Türkiyənin hava sərhədini pozduğunu bəyan edib. Lent.az "Oda TV"yə istinadən xəbər verir ki, Türkiyənin Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları sərhəd pozucuları ilə bağlı məlumat daxil olan kimi havaya qalxıb.

 

Türkiyə XİN-in məlumatında qeyd edilir ki, Rusiyaya məsələ ilə bağlı dərhal etiraz notası verilib. Eləcə də ABŞ, İngiltərə, Fransa və İtaliyanın xarici siyasət idarələri məlumatlandırılıb.

 

Qeyd edək ki, rus qırıcıları oktyabrın 3-də yerli vaxtla saat 12:08-də Türkiyənin Hatay bölgəsinin üzərində görünüb.

 

Türkiyə NATO ölkəsi kimi öz müttəfiqlərini baş verənlərlə bağlı məlumatlandırıb və Rusiya Federasiyasının məsuliyyət daşıdığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar