Rusiyalı ulduzlardan Türkiyəyə <span style="color:red;">BOYKOT
26 noyabr 2015 18:35 (UTC +04:00)

Rusiyalı ulduzlardan Türkiyəyə BOYKOT

Rusiya şou-biznesinin nümayəndələri Rusiyaya məxsus “Su-24 “ təyyarəsinin türklər tərəfindən vurulmasından sonra Türkiyəyə boykot elan ediblər.

Lent.az-ın vesti.ukr.com-a istinadən məlumatına görə, rus ifaçılarının əksəriyyəti bu hadisədən sonra Türkiyədə istirahət etmək və konsert verməkdən imtina ediblər.

“Hazırda Türlkiyəyə nə istirahət etməyə, nə də konsert verməyə getməyin vaxtıdır. Türkiyənin səmasında terrorla mübarizə aparan təyyarəmiz vurulub”- deyə Nikolay Baskov deyib.

"Mən Türkiyəyə getməyi sevirdim"- deyən rus balerinası Anastasiya Boloçkova əlavə edib ki, Türkiyədə dincəlməkdən, konsertdən və korperativ tədbirlərdən bütünlüklə imtina edir:"Mən rusam və öz ölkəmi sevirəm. Həmişə Rusiyanı dəstəkləmişəm, indi də bu addımımla dəstəkləyirəm".

Reper Timatİ də əgər siyasi vəziyyət bunu tələb etsə, Türkiyədə nəzərdə tutulan konsertlərdən imtina edəcəyini deyib.

Bundan başqa, “Ruki Verx” qrupunun solisti Serqey Jukov deyib ki, hazırda Türkiyədə heç bir konsert gözlənilmir, ancaq təklif gəlsə getməyəcəklər.

Həmçinin, Dima Bilan, Flipp Kirkorov və Serqey Lazarevin Türkiyədə heç bir konserti planlaşdırılmır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Fərizə Əhmədova

Oxşar yazılar