Rus kökənli «Amerika gözəli» ilk qaradərili qadın-prezident olmaq istəyir
20 mart 2014 05:48 (UTC +04:00)

Rus kökənli «Amerika gözəli» ilk qaradərili qadın-prezident olmaq istəyir

0

Çikaqodan olan 34 yaşlı vəkil, 11 il öncə «Amerika gözəli» olmuş Erika Harold İllinoys seçki dairəsindən Konqresə namizədliyini irəli sürüb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Respublikaçılar Partiyasından gələcək namizəd siyasi iddiasını gizlətmir. O, ABŞ tarixində ilk qaradərili qadın prezident olmaq istəyir.

 

Afrika mənşəli Erika həm hindu, həm də rus qanı daşıyır. Onun atasının əcdadı Yunanıstan, Almaniya və Uelsdə yaşayıb. 

 

Dərs əlaçısı Ağ Evin sahibəsi olmaq iddiasını hələ ilk dəfə 2002-ci ildə, «İlliniyos gözəli» yarışına qatılarkən elan etmişdi. O vaxtdan bəri Erika Harold bir çox uğurlar əldə edib. Müsabiqənin bəzi iştirakçıları kimi o, model və ya aktrisa deyil, vəkil peşəsini seçib.

 

«Amerika gözəli-2003»-də o, nikaha qədər cinsi əlaqəyə qarşı çıxıb, eləcə də cinsi zorakılığa qarşı mübarizə aparıb.

 

Bu mübarizəsi ilə o, Respublikaçılar Partiyasının üzvləri arasında tərəfdar tapıb.

 

2007-ci ildə Erika  Harvard Universitetini əla qiymətlə bitirib. Həmkarları bildirib ki, Erika həm yaxşı natiq, həm də təbliğatçıdır. Onu ABŞ prezidenti Barak Obamanın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays, 2005-2009-cu illərdə ölkənin dövlət katibi olmuş Kondoliza Raysla müqayisə edirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2437

Oxşar yazılar