APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Latviyanın “Batlkom” radiosuna müsahibəsində bildirib.
“Steninin taleyi barədə məlumatınız varmı” sualına Qeraşenko belə cavab verib: “Bəli, məlumatım var. O bizim təhlükəsizlik xidmətlərimiz tərəfindən həbs olunub. Bu insan Şaxtyorskdakı işgəncələrdə iştirak edib, yaralı əsgərə işgəncə verildiyi anları və ölümdən sonrakı halını çəkib. Biz hesab edirik ki, Stenin terrorçularla əlbir ola bilər. Bu, artıq jurnalistika deyil, terrorçuları şöhrətləndirməkdir”.
A. Qeraşenko jurnalistin harada olduğunu bildiyini də qeyd edib.