Rumıniya prezidenti Moldova vətəndaşlığı alacaq
01 noyabr 2014 12:50 (UTC +04:00)

Rumıniya prezidenti Moldova vətəndaşlığı alacaq

Rumıniyanın prezidenti Moldova vətəndaşlığını qəbul edəcək. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bunu ölkə başçısı Trayan Besesku “Moldova 1”  televiziya kanalına müsahibəsində deyib.

 

Beseskunun sözlərinə görə, məsələni moldovalı həmkarı Nikolay Timofti ilə müzakirə edib. Onun fikrincə, bu addım iki ölkənin birləşməsinə kömək edəcək.

Qeyd edək ki,  Besesku 2004-cü ildən Rumıniya prezidentidir. Ölkə parlamenti iki dəfə - 2007 və 2012-ci illərdə ona impiçment elan edib, amma hər iki halda postunu qoruya bilib. Besesku iki ölkənin birləşməsinə maraqlı olduğunu gizlətmir. O 2014-cü ilin yanvar ayında Moldovanı Rumıniya torpağı elan edib və hər iki ölkəni birləşməyə çağırıb. Bu çağırış isə Kişinyovda xeyli narazılığa səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar