Rumıniyadan  “Lukoyl”a ağır ittiham
05 avqust 2015 07:34 (UTC +04:00)

Rumıniyadan “Lukoyl”a ağır ittiham

0

Rumıniya prokurorluğu Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin ölkədəki törəmə şirkətini Aİ-nin sanksiya siyahılarında yer alan şəxslərin nəzarət etdiyi ofşor şirkətlərlə ticarət əməliyyatları aparmaqda şübhəli bilir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniyanın “Economica” nəşri prokurorluğun rəyinə istinadən məlumat yayıb.

 

Bundan başqa, “Lukoyl” şirkətinin hətta Böyük Britaniya ərazisində ofisi belə olmayan saxta Britaniya şirkəti ilə əməkdaşlıq etdiyi iddia edilir.  

 

Prokurorluq bu qənaətə  “Lukoyl”un törəmə şirkətinin 2003-2014-cü illəri əhatə edən  maliyyə sənədləri araşdırdıqdan sonra gəlib.

 

Nəşrin məlumatına görə, şirkət həmçinin  sanksiya siyahılarındakı şəxslərə məxsus banklar vasitəsilə hesablaşmalar həyata keçirir.

 

 Bundan əvvəl Rumıniya “Lukoyl”u 1,77 mlrd məbləğində vəsaitləri yumaqda ittiham edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar