Martın 26-da gecə saatlarında Rumıniyada 4,8 bal gücündə zəlzələ olub. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, yeraltı təkanların mərkəzi Vrança bölgəsində 200 km dərinlikdə qeydə alınıb.
Mənbə bildirib ki, zəlzələ ölkənin Fokşan, Oneşt şəhərlərində, eləcə də Moldovada da hiss olunub.
Karpat dağlarında yerləşən Vrança seysimik cəhətdən həssas bölgədir. Davamlı olaraq, orada yeraltı təkanlar baş verir. Vrançada ən güclü zəlzələ 1977-ci il martın 4-də 7,2 bal gücündə olub. Onda Buxarest və Kişineuda çoxlu sayda insan ölmüş, xeyli dağıntı olmuşdu.