Rumıniyada yanan gecə klubunun sahiblərinə ömürlük cəza gözlənilir
01 noyabr 2015 04:55 (UTC +04:00)

Rumıniyada yanan gecə klubunun sahiblərinə ömürlük cəza gözlənilir

0

Rumıniyada 30 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi  “Colectiv” gecə klubunun sahibləri ömürlük həbs cəzasına məhkum edilə bilərlər. Bu gün onların prokurorluqda dindirilməsi planlaşdırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş prokuroru Tiberiu Nitsu bildirib.  

 

Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə köhnə ayaqqabı zavodunun binasında yerləşən  “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub. Son məlumata görə, faciə nəticəsində 27 nəfər ölüb, 200-dək adam ciddi xəsarətlər alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar